Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ermənistana planlaşdırılan səfərini Litva hökumətinin xaricdə mühafizə təmin etməməsi səbəbindən ləğv edib.
Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ Litvanın “Delfi” portalları Tixanovskayanın müşaviri Denis KuçinskisÉ™ istinadÉ™n mÉ™lumat yayıb.
“bÉ™li, biz çoxdan planlaÅŸdırılan vÉ™ Şərq TÉ™rÉ™fdaÅŸlığı Assambleyasının plenar iclasında iÅŸtirak etmÉ™k üçün ilk dÉ™fÉ™ olaraq ErmÉ™nistana nÉ™zÉ™rdÉ™ tutulan sÉ™fÉ™ri ləğv etmÉ™k kimi çətin qÉ™rar vermÉ™yÉ™ mÉ™cbur olduq. Bu qÉ™rar dövlÉ™t rÉ™hbÉ™rlÉ™rinin tÉ™hlükÉ™sizliyinÉ™ cavabdeh xüsusi mühafizÉ™ xidmÉ™tinin xaricdÉ™ istifadÉ™ edilmÉ™sinin dayandırılması ilÉ™ baÄŸlıdır. Ümid edirdik ki, risk sÉ™viyyÉ™si yüksÉ™k olan ölkÉ™lÉ™r üçün istisna edilÉ™cÉ™k, lakin təəssüf ki, belÉ™ olmadı”, - Kuçinkis bildirib.
Onun sözlərinə görə, Tixanovskayanın ofisi Litva hökumətinin qərarını tənqid etmir və Litva rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Litvanın Xarici İşlər Nazirliyi isə bildirib ki, ölkənin Ermənistandakı səfirliyi səfər zamanı Tixanovskaya bütün lazımi yardımı göstərməyə hazır olub.
Məlumata əsasən, oktyabrın əvvəlindən etibarən Tixanovskayanın şəxsi mühafizəsi dövlət rəhbərlərinin təhlükəsizlik xidməti tərəfindən yox, Kriminal Polis Bürosuna həvalə edilib. Yeni qurum yalnız müəyyən risk altında olan şəxslərin təhlükəsizliyinə nəzarət edir.
Qeyri-rəsmi məlumatlara görə, Tixanovskayanın əvvəlki sxem üzrə 24 saatlıq mühafizəsi Litva büdcəsinə ildə təxminən 1 milyon avroya başa gəlib.
 
                        