EN

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin yeni rəisi kimdir? - DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevinSərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji ObyektlərinMühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Trend yeni rəisin dosyesini təqdim edir:

General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. DövlətBədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbinivə DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyünkomandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmətedib.

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiTəhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub.Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyinedilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Başİctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi.General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb. 2023-cü ildəisə Xankəndi şəhərinə komendant təyin edilib.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda”medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Chosen
115
13
az.trend.az

10Sources