EN

Zaxarova: Qərb Rusiya ABŞ sammitinin ləğvi ilə bağlı informasiya kampaniyası aparır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Qərb ölkələri ciddi cəhlə Budapeştdə Rusiya-Amerika görüşünün ləğvi ilə bağlı genişmiqyaslı informasiya kampaniyasına başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova VIII Qlobal Gənc Diplomatlar Forumunda "Media, Yeni Media və Diplomatiya: Çətinliklər və İmkanlar" sessiyasında bildirib.

"İndi, son bir neçə gündə Budapeştdə keçirilməsi nəzərdə tutulan danışıqlarla əlaqədar süni intellektdən tutmuş ənənəvi mediaya və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumunun şahidi olduq. Ölkələr artıq razılığa gəlib və görüşə hazırlaşırdılar", - deyə o bildirib.

"Lakin dünyanın hər yerində insanlar arasında hər şeyin ləğv olunacağı hissini yaradan informasiya kampaniyası aparılır. Qərar verməzdən əvvəl insanlar daxildə bu danışıqların lazımsız olduğuna, baş tutmayacağına, başına bir şey gələcəyinə razı olmalı idilər və bu, kütləvi şəkildə planetə yayılıb", - deyə XİN nümayəndəsi əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
3
icma.az

4Sources