Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü, “PAŞA Holdinq”in, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Trendyol Azərbaycan” və digər tərəfdaş şirkətlərin dəstəyi ilə təsis edilən ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini uğurla davam etdirir.
Sözügedən təşəbbüsün əsas məqsədi əlilliyi olan gənclərin məşğulluğuna dəstək göstərmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən bu kafedə ümumilikdə 20 gənc çalışır ki, onlardan bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malik şəxslərdir.
Qeyd edək ki, qadınlar və uşaqlara dəstək göstərmək “PAŞA Holdinq”in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Bu çərçivədə holdinq talassemiyadan və autizmdən əziyyət çəkən uşaqlara, kimsəsiz övladlara dəstək məqsədilə müxtəlif yardım və qanvermə aksiyaları, eləcə də digər sosial layihələrə dəstək verir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.