“İmişli” Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Kəpəz”in qonağı olub.
Publika.az xəbər verir ki, bölgə təmsilçisi Qəbələ şəhər stadionunda keçirilən oyunda ciddi itki ilə üzləşib.
“İmişli”nin futbolçusu Vüsal Qənbərov rəqib qapıçı Məmməd Hüseynovun zərbəsindən sonra ayağından zədələnib. 22 yaşlı vinger təcili tibbi maşını ilə xəstəxanaya aparılıb.