Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Aznews.az yeni rəisin dosyesini təqdim edir:
General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.
1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.
2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.