Bakı. Trend:
ABŞ hökuməti, viza müddətini pozanların və pasportsaxtakarlığının qarşısını almaq məqsədilə sərhədlərdə üz tanımatexnologiyasının istifadəsini genişləndirəcəyini açıqlayıb.
Trend ABŞ KİV-əistinadən xəbər verir ki, yeni qayda dekabrın 26-dan qüvvəyəminəcək və hava limanları, dəniz limanları, quru keçid məntəqələri,eləcə də digər çıxış nöqtələrində miqrantların üz şəkli, barmaq izikimi biometrik məlumatların toplanmasına icazə verəcək.
Əvvəlki qaydalara görə, 14 yaşdan kiçik uşaqlar və 79 yaşdanyuxarı yaşlılar bu prosedurlardan azad idilər, lakin yeni qayda buistisnaları aradan qaldırır.
Bu addım, ABŞ Prezidenti Donald Trampın qeyri-qanunimiqrasiyanın qarşısını almaq və xüsusilə viza müddətini pozanlarınsayını azaltmaq məqsədilə həyata keçirdiyi daha geniş sərhədtəhlükəsizliyi tədbirlərinin bir hissəsidir.
2023-cü ildə verilən məlumatlara görə, ABŞ-də qeyri-qanuniyaşayan 11 milyon miqrantın təxminən 42%-i viza müddətini pozaraqölkədə qalıb.