EN

XİN başçısı: “İmzalanan sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”

“Bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki bu barədə oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ceyhun Bayramov Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

Chosen
33
1
paralel.az

2Sources