EN

ABŞ təyyarədaşıyan gəmisini Karib dənizindən geri çəkdi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Silahlı Qüvvələri Karib dənizində əməliyyatlara cavabdeh olan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu ABŞ Cənub Komandanlığının ərazisinə yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.

O bildirib ki, bu qüvvələr regionda narkotik qaçaqmalçılığı ilə mübarizə üçün istifadə olunacaq:

"Prezidentin transmilli cinayətkar təşkilatları sıradan çıxarmaq və vətəni müdafiə etmək üçün narkotik terrorizmlə mübarizəyə dair direktivinə dəstək olaraq, müdafiə naziri “USS Gerald R. Ford Carrier Strike Group” və onun hava qanadını ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasına göndərib”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
2
axar.az

3Sources