EN

Putin ehtiyada olan mülki şəxsləri hərbi xidmətə çağırır

Ukrayna PUA-larının hücumları prezident Putini infrastrukturu qorumaq üçün əlavə qoşun yeritməyə məcbur edib.

AzPost Bloomberg-ə istinadən xəbər verir ki, hökumət sülh dövründə müntəzəm hərbi təlim üçün müqavilə imzalamış ehtiyatda olan mülki şəxslərlə bağlı Rusiya qanunvericiliyində dəyişiklik etmək niyyətindədir.

Qanun layihəsi onların prezident fərmanı ilə “xüsusi çağırış” çərçivəsində hərbi xidmətə çağırılmasına və neft emalı zavodları və digər enerji obyektləri, nəqliyyat kommunikasiyaları və sənaye müəssisələri daxil olmaqla “kritik əhəmiyyətli” obyektləri qorumaq üçün yerləşdirilməsinə imkan verəcək.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəis müavini Vladimir Simlyanski televiziya ilə yayımlanan açıqlamasında bildirib ki, bu ehtiyatda olanlar hərbi xidmətə çağırılmayacaq, Ukraynaya göndərilməyəcək və ya xaricdə ezam olunmayacaqlar.

“Bu addım Rusiya ordusuna hərbi çağırışa müraciət etmədən Ukraynaya göndərmək üçün əlavə qoşunlar ayırmağa imkan verir. Belə vəziyyət müharibənin dördüncü ilində böyük itkilər verən Rusiya ordusunun üzləşdiyi şəxsi heyətlə bağlı gərgin vəziyyəti nümayiş etdirir”, – Bloomberg qeyd edir.

 

 

AzPost.az

Chosen
36
azpost.info

1Sources