EN

Gürcüstan və Rumıniya əməkdaşlıq memorandumu imzalayıblar

Bakı. Trend:

Gürcüstan və Rumıniyanın enerji tənzimləməsi üzrə komissiyalarıQara dəniz sualtı elektrik kabeli layihəsi çərçivəsində əməkdaşlıqhaqqında memorandum imzalayıblar.

Trend xəbər verirki, bu barədə Gürcüstanın Milli Enerji və Su TəchizatıKomissiyasının rəhbəri David Narmania məlumat verib.

“Rumıniyalı həmkarımla bu məsələ ilə bağlı görüş keçirdik vəmemorandum imzaladıq. Sənəddə komissiyaların bu layihə çərçivəsindəbirgə tənzimləmə istiqamətində əməkdaşlığı nəzərdə tutulur”, – deyəNarmania bildirib.

O, sualtı kabelin çəkilişini gələcəyi olan və strateji əhəmiyyətdaşıyan layihə kimi qiymətləndirib. Narmanianın sözlərinə görə,texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və hazırda Qaradəniz şelfinin ətraflı tədqiqatı aparılır.

Qeyd edək ki, təxminən 1200 kilometrlik kabel xəttinin çəkilməsihaqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan,Macarıstan, Gürcüstan və Rumıniya liderləri tərəfindən imzalanıb.Layihə çərçivəsində həm elektrik enerjisi ötürülməsi, həm dərəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsiplanlaşdırılır.

Chosen
53
3
az.trend.az

4Sources