EN

Kovaçiç “Mançester Siti”dən gedə bilər

“Mançester Siti”nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç müqaviləsini uzatmaq niyyətində deyil.

90deqiqe.Az “Caught Offside”yə istinadən xəbər verir ki, "şəhərlilər" qış transfer pəncərəsi zamanı onun transfer təkliflərinə açıq olacaq.

Məlumata görə, Kovaçiçə İngiltərədən “Aston Villa” və “Vest Hem” klubları maraq göstərir. Eyni zamanda, “Milan” da futbolçunun transferində rəqabət apara bilər.

Onun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Kovaçiç 2023-cü ilin yayından “Mançester Siti”də çıxış edir. Bu müddətdə yarımmüdafiəçi bütün turnirlərdə 90 oyuna çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Chosen
115
90deqiqe.az

1Sources