EN

Qadın millimiz yoxlama oyununda qələbə qazandı

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.


Manset.az xəbər verir ki, yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.

Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.

Qeyd edək ki, tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.

Chosen
46
3
manset.az

3Sources