EN

Şimali Kiprin yeni seçilmiş Prezidenti and içdi -TUFAN ERHÜRMAN KİMDİR?

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 6-cı Prezidenti Tufan Erhürmanın andiçmə mərasimi keçirilib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Erhürmanı ŞKTC parlamentinin sədri Ziya Öztürkler qarşılayıb, o, daha sonra prezidentlik andını oxuyub.

 

Andiçmə mərasimində Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz, ŞKTC Baş naziri Ünal Üstel və digər rəsmi şəxslər iştirak ediblər.

 

Tufan Erhürman kimdir?

 

1970-ci ildə Lefkoşada anadan olan Tufan Erhürman 1988-ci ildə Türkiyənin Maarif Kollecini, 1992-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. 1995-2001-ci illərdə Ankara Universiteti Hüquq Fakültəsinin İnzibati hüquq bölməsində elmi işçi vəzifəsində çalışıb. Bu illərdə Ankara Universiteti Hüquq Fakültəsində, Hacettepe Universitetində və ODTÜ-də Hüquqa giriş, İnzibati hüquq və Konstitusiya hüququ fənlərini tədris edib.

 

Erhürman 1999-2004-cü illərdə Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Ombudsman təsisatının Qanun layihələrinin hazırlanması komissiyalarının üzvü vəzifəsində çalışıb. O, 2001-ci ildə “İdarəçilik və Ombudsman üzərində qeyri-məhkəmə nəzarəti” mövzusunda dissertasiya işi ilə hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

 

2001-2006-cı illərdə DAÜ Hüquq Fakültəsində müəllim vəzifəsində çalışan Erhürman, 2006-2008-ci illərdə YDÜ Hüquq Fakültəsində işlədikdən sonra yenidən DAÜ Hüquq Fakültəsinə qayıdıb.

 

2002-2016-2010-cu illər arasında DAÜ Hüquq Fakültəsinin Dekan müavini vəzifəsində çalışıb. 2013-cü il ümumi seçkilərində Lefkoşa Millət vəkili olaraq Respublika Parlamentinə daxil olan Erhürman, 2014-cü ildə hüquq elmləri üzrə dosent olub.

 

2015-2016-cı illər arasında CTP Baş Katibi vəzifəsini icra edən Erhürman 2016-cı ildə CTP-nin 26-cı Adi Konqresində sədr seçilib və 7 yanvar 2018-ci il Ümumi Seçkilərdən sonra qurulan dörd partiyalı Koalisiya Hökumətində 9 il Baş nazir vəzifəsini icra edib.

Chosen
113
senzor.az

1Sources