EN

“Mən pis oğlanam?” Wever iddialara belə cavab verdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belçikanın baş naziri Bart de Wever “Politico” nəşrinin onu və bir neçə avropalı siyasətçini tənqid edən məqaləsinə istehzalı cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Brussels Times” məlumat yayıb.

“Nəşr məni pis oğlan adlandırdı. Mən? Pis oğlan? Bunu təsəvvür edə bilərsinizmi?” – deyə de Wever ironiya ilə bildirib.

“Politico” məqaləsində de Wever, Robert Fiko (Slovakiya), Viktor Orban (Macarıstan) və Fridrix Merz (Avstriya) kimi liderlərə “Aİ sammitini poza biləcək pis oğlanlar” damğası vurulmuşdu.

Söhbət ötən həftə keçirilən Avropa İttifaqı sammitindən gedir. Sammitin əsas mövzusu Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın dəstəyi üçün istifadəsi olub.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
102
globalinfo.az

1Sources