BAKI, 25 oktyabr. TELEQRAF
Litva hökuməti Belarusla sərhəddəki iki keçid məntəqəsini 25 oktyabr günortaya qədər bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə baş nazir İnqa Ruginene "Facebook" hesabında yazıb.
O, bu qərarın Belarus tərəfindən Litvanın hava məkanına daxil olan meteoroloji zonflarla bağlı insident səbəbindən qəbul edildiyini bildirib.
“Dövlət sərhəd xidməti Belarusla sərhəddəki “Medininkay” və “Şalçinininkay” məntəqələrini sabah günortaya qədər bağlayıb,” – Ruginene yazıb.
O qeyd edib ki, hadisə nəticəsində Vilnüs və Kaunas hava limanlarının fəaliyyəti də müvəqqəti dayandırılıb.