Bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi tanınmış simaların iştirakı ilə baş tutub.
NOCOMMENT.az xəbər verir ki, tədbirdə bir çox sənət nümayəndələri, mədəniyyət xadimləri və gənc ifaçılar iştirak ediblər. Gecə ərzində bəstəkarın sevilən mahnıları səsləndirilib.
Səhnəyə çıxan gənc müğənni Nuran Eldar Mansurovun bəstələrindən birini ifa edib. Onun çıxışı zalda alqışlarla qarşılanıb.
Qeyd edək ki, Eldar Mansurov Azərbaycan musiqisində silinməz iz qoymuş bəstəkarlardandır və onun yaradıcılığı həm ölkədə, həm də xaricdə böyük rəğbət qazanıb.