BAKI, 25 oktyabr. TELEQRAF
Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru və Prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla planlaşdırılan görüşdə Amerika sanksiyalarının yumşaldılması məsələsini müzakirə etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə o, "CNN" telekanalına müsahibəsində bildirib.
Dmitriyev qeyd edib ki, əsas məqsəd dialoqun davam etdirilməsi və qarşılıqlı anlaşmanın təmin olunmasıdır.
“Fikrimcə, münaqişələrin həlli yalnız dialoq yolu ilə mümkündür. Rusiya tərəfinin mövqeyini və onun təhlükəsizliklə bağlı narahatlıqlarını anlamaq vacibdir”, - o deyib.
Həmçinin vurğulayıb ki, sanksiyalar o qədər də əhəmiyyətli məsələ deyil.
“Əsas məsələ dialoqu necə davam etdirmək, sülh yolu ilə həllə nail olmaq və reallığa uyğun həll yolları tapmaqdır, qeyri-real variantları deyil,” – deyə RBİF rəhbəri əlavə edib.