Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris "107 gün" adlı memuarının təqdimatı zamanı Londonda fitə basılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Nəşrin məlumatına görə, "Southbank" mərkəzində səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra üç etirazçı keçmiş vitse-prezidentin sözünü kəsərək onu fitə basıblar.
Etirazçılardan biri üzərində "Harris, əllərin qan içindədir!" yazılmış lövhə qaldırıb. Qısa müddət sonra başqa bir kişi ayağa qalxıb Harrisə qarşı ittihamlar səsləndirməyə başlayıb. Üçüncü etirazçı pankart açmağa çalışsa da, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Harris özü isə bildirib ki, "Qəzzada baş verən hadisələrin yaratdığı emosiya və hissləri" başa düşür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.