EN

İtaliyada 4000 dən çox insan keşişlər tərəfindən zorakılığa məruz qaldığını bildirib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2020-ci ildən bəri İtaliyada təxminən 4400 insan katolik keşişlər tərəfindən cinsi istismara məruz qalıb.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu barədə zərərçəkənlərin "Rete l'Abuso" qrupu məlumat verib.

Təşkilatın təsisçisi Francesco Zanardi məlumatların zərərçəkənlərin öz ifadələrinə, məhkəmə mənbələrinə və mediada bildirilən işlərə əsaslandığını bildirib. Birlik zorakılığın dəqiq nə vaxt baş verdiyini dəqiqləşdirməyib.

“Rete l’Abuso” təşkilatı bildirib ki, onlar 1250 ehtimal olunan zorakılıq hadisəsini sənədləşdiriblər (bəzi hallarda bir neçə qurban olub). Bu hallardan 1106-sının keşişlər tərəfindən törədildiyi güman edilir, qalanları isə rahibələrə, dini təhsil verən müəllimlərə, könüllü dindarlara, tərbiyəçilərə və skautlara aid edilir”, – deyə nəşr yazır.

Təşkilatın məlumatına görə, ümumilikdə 4625 nəfər zərərçəkmiş qeydə alınıb. Onlardan 4451-i 18 yaşdan kiçik, 4108-i isə kişi olub. Qurbanlar arasında həmçinin beş rahibə, 156 “həssas yetkin şəxs” və 11 fiziki məhdudiyyətli insan yer alır.

1106 şübhəli keşişdən cəmi 76 nəfər kilsə məhkəməsinə cəlb edilib, 17-si müvəqqəti olaraq xidmətindən uzaqlaşdırılıb, 7 nəfər başqa icmalara köçürülüb, 18 nəfər isə ruhanilikdən məhrum edilib və ya könüllü şəkildə Kilsəni tərk edib. Assosiasiyanın məlumatına əsasən, ittiham olunanlardan beşi intihar edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
84
icma.az

1Sources