
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkə regionları üzərində 121 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lar Rostov, Volqoqrad, Bryansk, Kaluqa, Smolensk, Belqorod, Voronej, Leninqrad, Novqorod, Ryazan, Tambov, Tver, Tula vilayətləri və Moskva regionu üzərində hədəfə tuş gəliblər.
V. QULİYEV