EN

Tramp Si Cinpinlə görüş planlarını açıqlayıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə Cənubi Koreyada nəzərdə tutulan görüşündə Ukrayna münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Müzakirə edəcəyimiz mövzulardan biri Rusiya və Ukrayna olacaq", - deyə o bildirib.

Trampın sözlərinə görə, o, Çinin Rusiya ilə bağlı ABŞ-yə kömək etməsini istərdi. Ağ Ev rəhbəri fikirlərinə aydınlıq gətirərək bildirib ki, ABŞ Administrasiyası Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Vaşinqton bu məsələdə Çin tərəfinin köməyinə ümid bəsləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
17
oxu.az

10Sources