EN

İllərlə İker Kasilyasın evində işləyirdilər - Bahalı saatları oğurladılar

style='margin-bottom:10px;'>

İspaniyanın hüquq-mühafizə orqanları “Real”ın və ölkə millisinin sabiq qapıçısı İker Kasilyasın evindən bahalı saatlar oğurlamaqda şübhəli bilinən ailə cütlüyünü həbs edib

QOL.az xəbər verir ki, bu barədə “Fuentes Informadas” nəşri məlumat yayıb.

Məlumata görə, saxlanılan qadın bir neçə il ərzində Kasilyasın evində xidmətçi, onun həyat yoldaşı isə mühafizəçi işləyib. Cütlük əvvəlcədən plan quraraq futbolçunun kolleksiyasındakı beş ədəd “Rolex” markalı, hər biri təxminən 50 min avro dəyərində olan saatı oğurlayıb.

Oğrular saatların yerinə keyfiyyətli saxta nüsxələr qoyaraq oğurluğu gizlətməyə çalışıblar. Daha sonra orijinal saatlar bütöv şəkildə deyil, hissələrə ayrılaraq satılıb ki, bu da onların axtarışını çətinləşdirib.

İker Kasilyas peşəkar futbolçu karyerasını 2020-ci ildə başa vurub. O, “Real Madrid” klubunun yetirməsidir və bu komandanın formasını 25 il ərzində geyinib. Karyerasının son beş ilini isə Portuqaliyanın “Portu” klubunda keçirib.

Chosen
25
2
teleqraf.com

3Sources