EN

Bakıda Snickers in içindən qurd çıxdı RƏSMİ REAKSİYA

ain.az bildirir, Milli.az portalına istinadən.

Sosial mediada Bakıda marketdən alınan "Snickers" şokoladının içərisindən qurd çıxması ilə bağlı yayılan görüntülər böyük rezonans doğurub.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı həmin məhsulun Azərbaycandakı rəsmi distribütoru "Veysəloğlu" MMC açıqlama verib.

Şirkətdən bildirilib ki, yayılan video araşdırılması üçün müvafiq komandaya təqdim olunub və hadisənin səbəbinin məhsulun saxlanma şəraiti və ya digər amillərlə bağlı olub-olmadığı araşdırılacaq.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də hadisəyə münasibət bildirib. Qurumun məlumatına görə, yayılan görüntülər nəzarətə götürülüb və aparılan araşdırmanın nəticələrinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Asya Hüseyn

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
8
news.milli.az

10Sources