Bakı.Trend:
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanVətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilənanım mərasimi keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları,ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınlarıvə döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanınrəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixiQələbədən, bu şanlı Zəfərin qazanılmasında Ramiz Qasımov kimi igidoğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindənsöz açaraq şəhidin şərəfli həyat yolu haqqında məlumatveriblər.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlaragöstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinindaim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin MüdafiəNazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.