Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Samir Əsədli: "Artımın simvolik deyil, real dəyişikliyə çevrilməsi vacibdir"
2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə tutulub. Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11,0 milyon manat və ya 16,2 faiz, yaradıcı ittifaqlar, cəmiyyətlər, siyasi partiyalar, diaspora və dini tədbirlərlə bağlı xərclər 0,8 milyon manat və ya 3,5 faiz artımla proqnozlaşdırılıb. "Siyasi partiyalar haqqında" qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
Milli Məclisdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, 2013-cü ildə "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərə əsasən, parlamentdə təmsil olunan, eləcə də parlament seçkilərində iştirak etmiş siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Onun sözlərinə görə, Vətəndaş Həmrəyliyi Partiyası da 2013-cü ildən etibarən bu vəsaitdən yararlanır: