Zemfira İbrahimova boşanma iddialarına cavab verdi
                    
                        Müğənni Zemfira İbrahimova ilk dəfə haqqında yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.
 
 Yenisabah.az xəbər verir ki, o, bu barədə "Öz aramızda" verilişində danışıb.
 
 Müğənni yayılan bütün xəbərlərin şayiə olduğunu deyib və belə söz-söhbətlərə fikir vermədiyini söyləyib. 
 
 
         
        
     
 
 
 
         
        
        
        
        
