“Oyunçularımız çox motivasiyalıdırlar”.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bunu "Barselona"  klubunun prezidenti Joan Laporta deyib.

O, El-Klasiko ilə bağlı fikirlərini bölüşüb: Komandanın "Real Madrid" üzərindəki qələbələrindən heç vaxt yorulmayacağan.

Əminəm ki, onlar bizi yenə sevindirəcəklər. Barsanın qələbəsini izləmək biz azarkeşlər üçün idman yarışından daha artığıdır. Belə oyunlar həddindən artıq rəqabətli xarakterizə olunur.", - deyə o vurğulayıb.

Qeyd edək ki, İspaniya çempionatının 10-cu turu çərçivəsində “Barselona” “Real”ın qonağı olacaq.  
Qarşılaşma oktyabrın 26-da baş tutacaq.

Ötən mövsüm "Barselona" dörd oyununun hamısında əzəli rəqibini məğlub etməyi bacarıb.