Bu gün UFC321 tədbiri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, döyüşlər bu dəfə Əbu-Dabidə baş tutacaq.

Əsas kartın döyüşləri Bakı vaxtı ilə saat 22:00-dan etibarən başlayacaq.

Gecənin əsas döyüşü Tom Aspinalla Siril Qan arasında olacaq.

Aspinall ilk dəfə kəmərini müdafiə etməyə çalışacaq.

Bundan başqa əsas kartda Umar Nurmaqomedov və Mario Bautista, Aleksandr Volkov və Jailton Almeyda döyüşləri də olacaq.

Bir digər kəmər döyüşü isə qadınların mübarizəsində olacaq.