EN

Stiv Bennon: Osmanlılar qayıdır, Ərdoğan Qəzzədə təhlükəsizliyin əsas qüvvəsi olacaq...

Trampın sabiq müşaviri Yaxın Şərqdə qüvvələr balansının dəyişdiyini deyib...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Stiv Bennon Yaxın Şərqdə baş verən son prosesləri şərh edərkən, Türkiyənin yenidən bölgədə aparıcı gücə çevrildiyini bildirib. Onun sözlərinə görə, Qəzzədə təhlükəsizliyin təminində əsas rol artıq Türkiyəyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğana məxsus olacaq.

Bennon vurğulayıb ki, son iki ayda baş verən hadisələr yüz il ərzində formalaşmış siyasi tarazlığı dağıdıb:

“Biz cəmi iki ayda yüz illik düzəni sındırdıq. Osmanlılar geri dönür. Ərdoğan Qəzzədə təhlükəsizliyin əsas dayağı olacaq. ‘Böyük İsrail’ layihəsi Netanyahunun öz üzünə partladı.”
Sabiq müşavir əlavə edib ki, Türkiyə tarixən uzunmüddətli strategiya ilə hərəkət edib və bu gün də eyni xətti davam etdirir:

“Osmanlılar hər zaman uzaqgörən siyasət yürüdüblər. Türkiyə indi də eyni şəkildə oynayır”, deyə Bennon vurğulayıb.

Bennonun bu sözləri ABŞ və İsraildə siyasi dairələrdə geniş rezonans doğurub. Analitiklər hesab edirlər ki, bu bəyanat Yaxın Şərqdə güc balansının dəyişdiyinə və Vaşinqtonun bölgədəki təsirinin azalmasına işarədir.

Poliqon.info

Chosen
94
poliqon.info

1Sources