EN

Qonşularımızda ucuz, bizdə baha olan bazar: Qiymətlər yenə də artacaq

Mərkəzi Bankın yeni hesablamasına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Xatırladaq ki, Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir. Bəs niyə qonşu ölkələrdə bu göstərici bizdəkindən daha azdır?

“Hər il əmlaka edilən yatırımlar daha da artır”

Əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, Azərbaycanda əmlaka tələbat daha çoxdur: “Nə Ermənistana, nə Gürcüstana Azərbaycana olan qədər maraq mövcud deyil. Azərbaycanda yaşamaq istəyən əcnəbilərin də sayı daha çoxdur. Rusiyadan gələn vətəndaşlarımız əvvəlki dövrlərdə Bakıdan ev almağa maraqlı olmasalar da, son illərdə baş verən proseslərə görə, vəziyyət dəyişib. Nəinki MDB ölkələrində, hətta ən inkişaf etmiş ölkələrdə belə Azərbaycan əmlak bazarı kimi etibarlı əmlak bazarı tapmaq çox çətindir. Çünki evə qoyulan pullar qatlanaraq geri qayıdır. O səbəbdən Azərbaycanın əmlak bazarına daha çox investisiya yatırmağa maraq göstərirlər. Ya mənzilə investisiya qoyurlar, kirayə verirlər, ya aldıqları evə köçüb yaşayırlar. Əvvəllər investorlar, iş adamları əmlaka bu qədər pul yatırmırdılar. İndi isə illər keçdikcə əmlaka edilən yatırımlar artır. İstər yerli, istər xarici investorlar Bakıda mənzil almağa, təmir edib satmağa, yaxud kirayə verməyə daha çox maraq göstərirlər. Bu da kirayə qiymətlərinin yüksək olması ilə əlaqədardır. Əgər qiymətlər bir il ensə, ondan sonra hər il aşağı düşəcək. Çünki bu zaman insanlar əmlaka pul qoymağa ehtiyat edəcəklər. Lakin hazırda bunun baş verməsi gözlənilmir”.

Chosen
61
publika.az

1Sources