EN

Belarusdan uçan “obyektlər” Litvada hava limanlarını bağlatdı

Vilnüs və Kaunas hava limanlarının fəaliyyəti oktyabrın 24-ü axşam saatlarında müvəqqəti dayandırılıb.
Səbəb kimi Belarus ərazisindən uçub gələn meteoroloji zondlar göstərilib.

Litvanın baş naziri İnqa Ruginene hadisədən sonra Belarusla sərhəddə qalan iki keçid məntəqəsinin də oktyabrın 25-i günortaya qədər bağlanacağını açıqlayıb.

Rəsmi məlumata görə, hava limanları səhər saatlarında yenidən açılıb və ilk reyslər həyata keçirilib.

Bu, son bir ayda Litvada baş verən üçüncü oxşar hadisədir – oktyabrın 22-nə keçən gecə Vilnüs hava limanı da eyni səbəbdən fəaliyyətini dayandırmalı olmuşdu.//musavat.com//

Chosen
35
1
ictimairey.az

10Sources