
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 nömrəli tam orta məktəbində “Narkomaniya – ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər. Görüşün əsas məqsədi gəncləri zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzini təbliğ etmək və narkomaniyanın doğurduğu faciəli nəticələr barədə maarifləndirmək olub.Qazax Rayon Polis Şöbəsinin rəhbərliyi bildirir ki, gənclərlə keçirilən maarifləndirici görüşlər mütəmadi olaraq davam etdiriləcək. Məqsəd, bölgə gənclərinin hüquq pozuntularından uzaq durması və sağlam gələcək qurmasına dəstək olmaqdır.Qazax bölgə müxbiri Elnur Quliyev Ulusum.az-a xəbər verir ki, bu təşəbbüs gənclər arasında hüquqi savadlılığı artırmaqla yanaşı, onların cəmiyyətə faydalı və məsuliyyətli fərdlər kimi formalaşmasına şərait yaradır.Rəhbərlik vurğulayır ki, bu cür görüşlər gələcəkdə məktəblər, kolleclər və digər təhsil müəssisələrində də davam etdiriləcək. Bu, eyni zamanda, polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm addım hesab olunur.Elnur Quliyev / Ulusum.az
Diqqət Çəkənlər
41 yaşlı müəllim iş yerində ölüb VİDEO
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
Kəskin çəki dayanması nə ilə bağlıdır?