Bakı. Trend:
Sudanda baş verən daşqınlar və artıq mövcud humanitar böhrannəticəsində təxminən 9,3 milyon insan yardıma ehtiyachalındadır.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş MillətlərTəşkilatının Cənubi Sudan üzrə humanitar yardım koordinatoru AnitaKiki Qbeho bildirib.
O vurğulayıb ki, 6 bölgə daşqınlardan ciddi şəkildə zərər görüb,zərər çəkən insanların sayı 960 minə yaxındır.
"Daşqınlardan zərər görən insanların 92%-dən çoxu Conglei vəUnity bölgələrindədir. 143 səhiyyə müəssisəsi ziyan görüb,bunlardan 44-ü tamamilə su altında qalıb. Leer bölgəsində təxminən63 min insan daşqınlardan təsirlənib, 23 min nəfər məcburiköçkünlər sırasına qoşulub".
Qbeho əlavə edib ki, Cənubi Sudandakı iqtisadi böhran, yüksəkinflyasiya (təxminən 100 %), azalan neft gəlirləri və siyasigərginliklər vəziyyəti daha da ağırlaşdırıb. Əhalinin təxminən 92%-i yoxsulluq səviyyəsinin altında yaşayır.
