EN

Ed Şiran “Barselona”nın heyətində - “El Klasiko” öncəsi maraqlı addım! - FOTO

“Barselona” məşhur britaniyalı müğənni Ed Şiranla gözlənilməz əməkdaşlığa imza atıb.

90deqiqe.Az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi saytında sənətçini komandanın yarımmüdafiəçisi kimi təqdim edib.

Bu aksiya “Barselona”nın Spotify ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən növbəti promosiya layihəsidir.

“El Klasiko” öncəsi baş tutan bu maraqlı addım çərçivəsində futbolçuların formalarında Ed Şiranın albom adlarında yer alan riyazi simvollar (+, −, ×, ÷, =) əks olunacaq.

Qeyd edək ki, “Barselona” bundan əvvəl də bir sıra məşhur ifaçılarla – Dreyk, Rozaliya, The Rolling Stones, KAROL G, Coldplay və Travis Scott ilə oxşar layihələr həyata keçirib.

“Real” – “Barselona” qarşılaşması oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Chosen
42
90deqiqe.az

1Sources