Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33,3 min ton ətidxal edilib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətinidxalına 75,8 milyon ABŞ dolları vəsait xərclənib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə8,1 min ton və ya 19,5%, dəyər ifadəsi ilə isə 14,7 milyon ABŞdolları, yaxud da 16,3% azalıb.
Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,45% payasahib olub.
Eyni zamanda cari ilin ilk doqquz ayında Azərbaycandan 942 minABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixracedilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə263 min ABŞ dolları və ya 21,8% azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında quş əti də daxilolmaqla diri çəkidə 434,3 min ton ət, 1,699 milyon ton süd, 1,789milyard ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsalolunub, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,9faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artmış, yunistehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.