EN

Tbilisidə xüsusi əməliyyat: Saxlanılanlar var

Tbilisidə üç Çin vətəndaşı qanunsuz şəkildə uran almağa və onu Rusiya üzərindən Çinə göndərməyə cəhd etdikləri üçün saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbər müavini Laşa Maqradze şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

“Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyatlar şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat zamanı Çin vətəndaşı olan üç nəfər 2 kiloqram nüvə materialı – uran almağa cəhd etdiklərinə görə saxlanılıb. 

Cinayətkar qrupun üzvləri Tbilisidə uranı 400 min ABŞ dollarına qanunsuz şəkildə almağı və onu Rusiya Federasiyası vasitəsilə Çinə daşımağı planlaşdırırdılar”, - deyə Maqradze bildirib.

Gürcüstan bu hadisə ilə bağlı ölkənin Cinayət Məcəlləsinin “Nüvə materialları, cihazlar, radioaktiv tullantılar və maddələrlə qanunsuz davranış” adlı maddəsi üzrə cinayət işi açıb. Bu maddə ilə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Chosen
125
1
cebheinfo.az

2Sources