ain.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiya vasitəsilə Çinə 2 kq radioaktiv uran daşımağı planlaşdıran üç nəfər Çin vətəndaşını saxlayıb.
AZƏRTAC xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub. İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb.
Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz olaraq gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb. Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.
Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.