ain.az, Qol.az portalına istinadən məlumat verir.
UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA-nın onu korrupsiya ittihamları səbəbindən 8 il müddətinə futboldan kənarlaşdırması haqda danışıb.
QOL.az xəbər verir ki, o, dünyanın ali futbol qurumunu “mafiya” adlandırıb.
"Hər şey eyni adamların əlindədir. FİFA əsl mafiyadır. Onlar məni məhv etmək qərarına gəldilər. Ancaq uğursuz oldular. Futbol nə FİFA-ya, nə də UEFA-ya aid deyil. Futbol xalqındır".
2022-ci ildə Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq və yanlış idarəetmə ittihamlarından qurtularaq bəraət qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.