EN

Kanslerin o açıqlamalarına görə aksiyalar başladı

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bielefeld şəhərində azı 4 min nəfər nümayiş keçirib.

Redaktor.az xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, etiraza səbəb Almaniya Kansler Fridrix Mertsin miqrasiya ilə bağlı açıqlamaları olub.

Belə ki, oktyabrın 24-ü axşam saatlarında şəhər sakinləri küçələrə axışıblar. Sağlara Qarşı Bielefeld Alyansı insanları “Biz şəhərin simasıyıq!” şüarı altında keçirilən bu etiraz aksiyasında iştirak etməyə çağırıb. Bu, Mertsin Almaniyanın şəhər imici və immiqrasiya siyasəti ilə bağlı son açıqlamalarına işarə edir.

Aksiyada Sosial Demokrat Partiyasının sədr müavini Vibke Esdar da iştirak edib.

Bu həftə sonu Almaniya şəhərlərində etirazların davam edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
4
redaktor.az

5Sources