ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna böhranı ilə bağlı danışıqların baş tutması üçün Rusiyaya daha çox təzyiq göstərilməli olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Von der Leyen sosial media hesabında paylaşım edərək Rusiyanın Ukrayna ilə bağlı danışıqlara məcbur edilməsi üçün əlavə təzyiqlərə ehtiyac olduğunu vurğulayıb.
O, koordinasiyalı sanksiyaların Rusiyanı atəşkəsə getməyə məcbur etmək baxımından “həyati əhəmiyyətə” malik olduğunu qeyd edib.
Von der Leyen həmçinin Avropanın müdafiə sənayesi sahəsində əməkdaşlığını genişləndirdiyini və təzminat krediti üzərində iş aparıldığını bildirib. Bu kredit variantlarının yaxın zamanda açıqlanacağı gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin isə dünən ABŞ-nin tətbiq etdiyi sanksiyaları Rusiya-Amerika münasibətlərini gücləndirməyən düşməncəsinə bir addım kimi qiymətləndirib.
Bununla belə, yeni sanksiyaların ölkənin iqtisadi sağlamlığına ciddi təsir etməyəcəyini və qlobal enerji bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olmayacağını ümid etdiyini bildirib. Putin əlavə edib ki, özünə hörmət edən heç bir ölkə təzyiq altında qərar qəbul etmir və Rusiya da bu hörmətə layiq ölkələrdən biridir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.