EN

Vahid Ələkbərov 2 gündə 1 milyard itirdi

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Lukoyl”un səhmləri Moskva birjasında 7,2% ucuzlaşıb. Buna görə şirkətin  sahibi Vahid Ələkbərov iki gün ərzində 1 milyard dollardan çox pul itirib.  

Modern.az xəbər verir ki, “Lukoyl”un bazar kapitallaşması 297 milyard rubl azalıb, “Rosneft”lə birlikdə Rusiyanın ən böyük neft şirkətlərinin ABŞ sanksiyalarının tətbiqindən sonra ümumi itkiləri 424 milyard rubl (5,2 milyard dollar) təşkil edib.

Sanksiyalar “Rosneft” və “Lukoyl”un törəmə şirkətlərinə də təsir edir. Bu addım ixrac tədarüklərini çətinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
3
modern.az

10Sources