EN

Ərdoğan çağırış etdi, Ağ Evdə narahatlıq başladı: Putin ünvanı dəyişəcək?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Macarıstanda keçirilməsi planlanan görüşün baş tutmamasına görə təəssüfləndiyini bildirib. O, prezidentlərin ikitərəfli danışıqlar aparması üçün İstanbulun sınaqdan çıxmış və uyğun bir seçim olduğunu söyləyib.

Tramp-Putin görüşü Türkiyədə keçirilə bilərmi? Ərdoğan tərəfləri buna inandırmağı bacaracaq?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Türkiyə Prezidentinin ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi təklifi beynəlxalq gündəmdə ciddi rezonans doğurub:

“Budapeştdə planlaşdırılan, lakin baş tutmayan görüşdən sonra Ankara bu prosesi öz ərazisində reallaşdırmaqla həm diplomatik rolunu gücləndirmək, həm də sülh təşəbbüslərində yenidən mərkəzə çıxmaq niyyətindədir. Ərdoğanın “ədalətli sülh” və “dialoq” vurğusu Türkiyənin Qərb və Rusiya arasında balanslı siyasətinin davamı kimi dəyərləndirilə bilər. O, Ukrayna müharibəsinin ilk günlərindən həm Kiyev, həm də Moskva ilə dialoq kanallarını açıq saxlayan azsaylı liderlərdən biridir. Bu səbəbdən ABŞ və Rusiya üçün Türkiyə, xüsusilə İstanbul, neytral və diplomatik baxımdan əlverişli görüş nöqtəsi sayılır.

Züriyə Qarayeva

Lakin hazırkı gərgin geosiyasi şəraitdə Vaşinqtonun bu təklifə müsbət cavab verməsi sual altındadır, çünki ABŞ rəhbərliyi Türkiyənin Rusiya ilə yaxın əlaqələrindən narahatdır. Buna baxmayaraq, Ankara bu təşəbbüslə həm regionda sülh prosesinə töhfə verməyə, həm də beynəlxalq nüfuzunu daha da möhkəmləndirməyə çalışır.”

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
globalinfo.az

1Sources