EN

Şahnaz Haşımovanın SON VƏZİYYƏTİ

Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, sənətçinin nəvəsi Eldar Abdullayev “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib.

“Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir” deyə, o qeyd edib.

Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.

Bizim.Media

Chosen
21
10
bizim.media

10Sources