EN

İrlandiyada prezident seçkilərində müstəqil namizəd qalib gəlib

BAKI, 25 oktyabr. TELEQRAF

İrlandiyada prezident seçkilərində müstəqil namizəd Ketrin Konolli qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə RTE məlumat yayıb.

Onun əsas rəqibi, mərkəzçi Fine Gael partiyasından olan Heather Humfris onun qələbəsini rəsmən elan etdi.

"Ketrin bizim prezidentimiz olacaq. O, mənim prezidentim olacaq. Ona ən yaxşısını arzulayıram. Peşman deyiləm", - Hamfris deyib.

Konolli, ilkin səslərin hesablanmasından sonra seçkilərdən məmnun olduğunu söyləyib.

"Hər kəsə, hətta mənə səs verməyənlərə də təşəkkür etmək istəyirəm",- deyib.

Chosen
65
teleqraf.com

1Sources