Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının tərkibindəki 82-ci desant-hücum Bukovina briqadasının bölmələri Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşən Suxetske yaşayış məntəqəsini azad ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, hücum əməliyyatları zamanı ukraynalı hərbçilər 60-dan çox şəxsdən ibarət düşmən qüvvələri ilə şiddətli döyüşə giriblər.
“İşğalçıların əksəriyyəti məhv edilib, əsirlər götürülüb”, – Baş Qərargah məlumatında qeyd edib.
Bizim.Media