EN

Tramp öz adını 300 milyon dollarlıq bu otağa verəcək

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə tikintisi 300 milyon dollar dəyərində qiymətləndirilən yeni bal zalına öz adını verməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evin əməkdaşları arasında artıq zal qeyri-rəsmi şəkildə “Prezident Donald Tramp Bal Zalı” adlandırılır. Ehtimal olunur ki, bu ad rəsmi olaraq da qəbul ediləcək.

Donald Tramp hələlik yeni zalın adını ictimai şəkildə açıqlamayıb. Lakin mənbələrin sözlərinə görə, Trampın öz adını müxtəlif layihələrə və obyektlərə vermə təcrübəsi nəzərə alınarsa, bu addım tamamilə gözləniləndir.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
globalinfo.az

1Sources