EN

Həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqasında liqa mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Fermin Lopes olub.

“Barselona”nın yarımmüdafiəçisi həftənin ən yaxşı oyunçusu adına digər namizədləri - Qorka Quruseta (Atletik), Dennis Man (PSV) və Feliks Nmeçanı (Borussiya D) qabaqlayıb. Quruseta “Qarabağ”la (3:1), Man “Napoli” (6:2) ilə, Nmeça “Kopenhagen”lə (4:2) matçda iki qol vurmuş, Lopes isə “Olimpiakos”la oyunda (6:1) het-trik etmişdi.

Həftənin ən yaxşı futbolçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Chosen
35
2
football-plus.az

3Sources