Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi saytından kişi kimi qeyd edilib. Məlumata görə, xanım Makron ölkənin rəsmi vergi sistemində vergi məlumatlarını yoxlayarkən şoka düşüb.
O, adının yazılmalı olduğu yerdə "Jean-Michel" adının qeyd edildiyini görüb və dərhal hakimiyyət orqanlarına məlumat verib. Bricitin köməkçisi Tristan Bome bildirib ki, bu, texniki səhv deyil, qəsdən edilmiş xarici müdaxilədir.
Hadisədən sonra ən yüksək səviyyədə araşdırma aparan Yelisey Sarayı da hadisəni "texniki səhv deyil, qəsdən xarici müdaxilə" hesab edib.
Məlumata görə, Bricit Makron prokurorluqla əlaqə saxlayıb və rəsmi olaraq araşdırma başlayıb.
Hadisə 2024-cü ilin sentyabr ayında baş verib.
BFMTV-nin məlumatınagörə, məlumatların manipulyasiyasında iştirak edə biləcək iki şübhəli müəyyən edilib.
Qeyd edək ki, Makron ailəsi illərdir ki, Bricit Makronun "kişi doğulduğunu" iddia edənlərlə mübarizə aparır.
Məlumatlara görə, Bricit Makron şayiələrə qəti şəkildə son qoymaq üçün bioloji kimliyini təsdiqləmək üçün genetik testdən keçməyi planlaşdırır.
TAHİR