"Sabah" klubu sosial şəbəkə səhifələrində "-4 xal" deyə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi Misli Premyer Liqasının VI turunda "Sumqayıt", IX turunda "Araz-Naxçıvan"a qarşı oyunlarda barələrində verilən hakim qərarlarına göndərmə edib.
Qeyd edək ki, oyunlar müvafiq olaraq 1:1 və 2:2 hesabı ilə yekunlaşıb.